Erdoğanın ətrafında yenidən rüşvət qalmaqalı

11:45 | 28.02.2014
Erdoğanın ətrafında yenidən rüşvət qalmaqalı

Erdoğanın ətrafında yenidən rüşvət qalmaqalı

Türkiyədə Recep Tayyip Erdoğanın adı keçən audioyazılar qalmaqalı davam edir. Bu yazılardan Türkiyənin baş nazirini rüşvətxorluqda günahlandırmaq olar. Birinci yazını montaj adlandırsa da, bu, İstanbulda həyəcan dalğasına səbəb oldu.Oxu.Az İTAR-TASS-a istinadən xəbər verir ki, fevral ayının 27-də internetdə baş nazir ilə oğlu Bilalın telefon söhbəti yayılıb. Bu söhbət internetə Haramzadələr ləqəbi ilə anonimlər tərəfindən Tvitter və YouTube-da yayılıb.Bu dəfə söhbət yerli iş adamı Sıtkı Ayandan böyük məbləğdə rüşvət alınmasından gedir, qarşılığında isə iş adamı İrandan yeni neft kəməri tikintisinə görə vergilərdən azad olunacaqdı.Yazıda olan həmsöhbətlərin fikrinə görə, iş adamı 10 milyon ABŞ dolları təklif etməli idi. Erdoğan oğluna daha böyük məbləğ istəməyi məsləhət görür. Yazıdakı səslər baş nazirin və oğlunun səsinə bənzəyir, amma rəsmi olaraq bunu nə təsdiq, nə də təkzib edən olub. Mütəxəssislər yazının təhlili ilə məşğul olacaqlar.İkinci yazı bazar ertəsi peyda olub, Erdoğan onu saxta adlandıraraq müəllifini cəzalandırmağa söz verib.“Biz bu insanlara təslim olmayacağıq. Onlar vicdansızcasına montaj ediblər. Bu, sui-qəsddir. Türkiyə Respublikasının baş nazirinə qarşı sui-qəsd” – deyə Erdoğan  bildirib.Birinci yazı 2013-cü ilin dekabr ayının əvvəlinə aid edilir. O zaman bütün Türkiyədə rüşvətxorluğa qarşı “Böyük rüşvət” əməliyyatı keçirilərək nazir övladları həbs edildi. Sonradan baş nazir bu əməliyyatı keçirən yüksək vəzifəli polis məmurlarını işdən azad edib.Yazılar 30 mart tarixində keçiriləcək yerli hakimiyyət orqanlarına seçkilər ərəfəsində xalqın Erdoğana olan inamını qıra bilər. Bu yaxınlarda İstanbulda keçirilən sanksiyalaşdırılmamış aksiyanı dağıdıblar.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM