Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanla oğlu Bilal Ərdoğan arasında olduğu iddia edilən səs yazıları həqiqətə uyğun deyil. ANS PRESS-in məlumatına görə, bu bəyanatla Türkiyə baş nazirinin administrasiyası öz rəsmi internet səhifəsində çıxış edib. "Baş nazir Rəcəb Tayyip Ərdoğanla oğlu arasında telefon danışıqları olduğu iddiası ilə, internet vasitəsilə yayılmış səs yazıları əxlaqsızca bir montajın məhsulu olub, tamamilə həqiqətə uyğun deyil. Türkiyə Cümhuriyyətinin Baş nazirini hədəf alan bu iyrənc oyunu quranlardan hüquq çərçivəsində hesab sorulacaq. İctimaiyyətə hörmətlə bunu bəyan edirik" - yazılı bəyanatda belə deyilir. 4 ayrı səs yazısının ötən il dekabrın 17-də qeydə alındığı iddia edilir. Bu arada, sözügedən səs yazıları internetdə yayıldıqdan sonra müxalif "Cümhuriyyət Xalq Partiyası"nın Mərkəzi İdarə Komitəsi fövqəladə iclas keçirib. İclasdan sonra CHPnin sədr müavini və mətbuat katibi Halük Koç "Bu hökumət öz legitimliyini itirib" deyərək, baş nazir Rəcəb Tayyib Ərdoğanı istefa verməyə çağırıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !