Nyu Yorkda rəsmi səfərdə olan Türkiyə prezidenti Ərdoğanın mühafizəçiləri ilə yerli polis arasında qarşıdurma yaşanıb.ANN.Az saytı "DHA"-a istinadən xəbər verir ki, ziyarətinin sonuncu günü prezident Ərdoğanın qatıldığı son proqramda kiçik bir qrup tərəfindən etirazla qarşılanıb. Ərdoğanın qardaşı oğlu Əli Ərdoğanın da aralarında olduğu yaxın qorumalar etirazçıların sataşmalarına, küfürlərinə məruz qalıblar. Mühafizəşiləri etirazçıların ətrafından uzaqlaşdırmaq istəyən Nyu York polisi ilə türk mühafizəçilər arasında da qarşıdurma çıxıb.Ərdoğanın yaxın qoruma komandirlərindən birinin ABŞ polislərinə əllə müdaxilə etməsi qarşıdurmanı daha da qızışdırıb. Bununardından Nyu York polisi həmin türk mühafizə komandirini nəzarətə almaq istəyib. Beləliklə də türk mühafizəçilər ilə ABŞ polisləri arasında qarşıdurma daha da böyüyüb.Başqa bir qrup da otel qarşısında prezidenti Ərdoğana dəstək nümayişi təşkil edib. Etirazçılar və dəstək qrupları arasında da münaqişə yaranıb.Hadisələrin baş vermə səbəbindən ABŞ-dakı "Türkiyəm" təşkilatının təşkil etdiyi tədbirə qatılan prezident Ərdoğan arxa qapıdan istifadə etməli olub. Artıq prezidentin Nyu Yorkdan ayrıldığı və bu gün Ankarağa çatacağı gözlənilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !