Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ İstanbulda keçirilmiş rüşvət əməliyyatı çərçivəsində baş nazir Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan barədə həbs qərarı çıxarılmadığını söylədi. ANS PRESS Türkiyə mətbuatına istinadən bildirir ki, Bozdağ bəzi millət vəkillərinin Bilal Ərdoğanla bağlı etdiyi müraciətə cavab olaraq deyib: "Bilal Ərdoğan haqqında həbs, saxlanma qərarı çıxarılması barədə xəbərlər mətbuatda yer almaqdadır. Onunla bağlı bir həbs, saxlanma qərarı olmadığını ifadə etmək istəyirəm. Türkiyədən qaçması, gizlənməsi kimi şeylərin hamısı yalandır. Bunların hamısı baş nazirimizi və hökumətimizi çökdürməyə yönəlmiş xəbərlərdən ibarətdir".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !