Ərdoğanın partiyası düşür

18:34 | 20.12.2014
Ərdoğanın partiyası düşür

Ərdoğanın partiyası düşür

Türkiyədə bozqurdları dəstəkləyənlərin sayı artmağa başlayıb

Rəjəb Tayyib Ərdoğanın prezident seçilməsi ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) reytinqi düşməyə başlayıb. 

ANS PRESS-in məlumatına görə, bunu "GENAR” tədqiqat mərkəzinin son araşdırması ortaya çıxarıb. 4-8 dekabr 2014-jü il tarixində türkiyənin 25 şəhərində 5 min 115 nəfər arasında keçirilmiş sorğu nəticəsində müəyyən edilib ki, keçiriləcək parlamient seçkilərdə rəyi soruşulanların 48,2 faizi AKP-yə, 25 faizi ana müxalifət parityası CHP-yə səs verəcək. Rəyi soruşunlanların 14,1 faizi bozqurdların parityasına, yəni müxalifətçi Milliyyətçi Hərəkat Partiyasına (MHP), 9 faizi isə PKK-nın siyasi qanadı BDP-yə səs verəcəyini deyib. Rəyi soruşulanların 3,7 faizi isə başqa partiyaları səs verəcəklərini deyiblər. 

Beləliklə, sorğunun göstəriciləri 12 iyun 2011-ci il parlament seçkilərinin nəticələrinə bənzəsə də, xeyli dəyişib. AKP 1,7 faiz, CHP isə 1 faiz səs itirib. Bunun əvəzində, MHP 1,1 faiz, BDP isə 2,4 faiz səs qazanıb. 

AKP-yə ən böyük dəstəyi Rəcəp Tayyib Ərdoğanın vətəni olan Qara dəniz bölgəsi (59%) verib. Daha sonra İç Anadolu (54,8%), Cənub-Şərqi Andolu (49%), Mərmərə dənizi bölgəsi (48,9%), Şərqi Anadolu (46,4%) və Aralıq dənizi bölgəsi (44,6%) gəlir. Hakim partiyanın ən zəif olduğu bölgə isə Egey dənizi bölgəsidir (32,8%). 

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM