Ərdoğanın partiyasının "seçki reklamı" oğurluq çıxdı - VİDEO

22:22 | 25.03.2014
Ərdoğanın partiyasının "seçki reklamı" oğurluq çıxdı - VİDEO

Ərdoğanın partiyasının "seçki reklamı" oğurluq çıxdı - VİDEO

AKP-nin 30 mart seçkiləri üçün hazırladığı son reklam çarxının oğurluq olduğu ortaya çıxıb.ANS PRESS-in xəbərinə görə, baş nazir Ərdoğanın da bəyəndiyi reklam çarxının oğurlanmış olduğu iddia olunur.AKP-nin sözügedən reklam çarxında qaranlıqlar içində naməlum biri gizlicə gələrək Türk bayrağını kəsir. Daha sonra bayraq yavaş-yavaş yerə düşməyə başlayır. Həmin məqamda isə çiyin-çiyinə verərək zəncirvari bağlanan türk gəncləri bayrağın yerə düşməsinə imkan vermir.Seçki mahnısı oğurluq olduğu deyilən AKP-nin reklam çarxının "Sony-nin Playstation 2"-nin reklam videosunun kopyası olduğu aşkar edilib.Hər iki video arasında olan oxşarlıq sosial şəbəkə izləyiciləri tərəfindən müzakirə olunub.Qeyd edək ki, Türkiyənin Ali Seçim Komissiyası həmin reklam çarxına Türk bayrağını təbliğ etdiyi üçün qadağa qoymuşdu. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb