Türkiyənin hakim partiyası AKP-nin başqan müavini Süleyman Soylu gündəmi dəyişəcək açıqlamalar verib.
Musavat.com-un Türkiyə mətbuatına istinadən məlumatına görə, 2015-cı il parlament seçkilərindən danışan başqan müavini seçkilərdən sonra Kılıçdaroglunun partiya qərargahına gedə bilməyəcəyini iddia edib.
Soylu qeyd edib ki, seçkilərdə CHP 28-30 faiz səs yığacaq, partiyanın başqanı Kamal Kılıçdaroğlu isə bu uğursuzluqdan sonra partiya qərargahına gedə bilməyəcək.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Süməyyə Ərdoğanın partiyada daha fəallaşacağı iddialarına Soylu belə cavab verib:
"Siyasət gen məsələsidir. Atadan övlada keçə bilər. Bu qabiliyyətdən asılıdır. Süməyyə Ərdoğan namizəd olsa xoş olar”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !