Ərdoğanın sağ qolu siyasətdən ayrılır

13:22 | 23.11.2013
Ərdoğanın sağ qolu siyasətdən ayrılır

Ərdoğanın sağ qolu siyasətdən ayrılır

"İnsan mütəmadi olaraq dəyişilməli, öz üzərində islahatlar aparmalı, yaxşı işlər görməli, trendini artırmalıdır”

Türkiyə baş nazirinin müavini, parlamentin sabiq spikeri Bülent Arınc siyasətdən gedəcəyini açıqlayıb. ABŞ-ın paytaxtı Vaşinqtonda rəsmi səfərdə olan Arınc 11 ildir hakimiyyətdə olan partiyasının (Ədalət və İnkişaf Partiyası – AKP) gördüyü işlərdən danışıb. Siyasətdən ayrılacağını da deyən Bülent Arınc “simanın köhnəlməsi” ifadəsini işlədərək hər gün paxlava yemənin mümkün olmadığını bildirib. 

“Simanın köhnəlməsi ola bilər. Mən də simam daha çox köhnəlməsin deyə 1.5 il sonra siyasətdən ayrılacağam. Kaş ki hamı bu addımı ata bilsəydi. Simanı çox köhnəltməmək, gözdən çox salmamaq lazımdır. İnsan mütəmadi olaraq dəyişilməli, öz üzərində islahatlar aparmalı, yaxşı işlər görməli, trendini artırmalıdır”. 

Səhiyyə sistemində aparılan islahatlar səbəbindən ictimaiyyətin 70 faizinin hökumətə təşəkkür etdiyini deyən Arınc, sağ əlimiz Amerikanın başına – deyib. 

“Küçədəki bir insan baş nazirin getdiyi xəstəxanada müalicə oluna bilər. Xəstəxanasını, həkimini seçməq haqqına sahibdir”. 

Qeyd edək ki, Bülent Arınc uzun müddətdir Türkiyə siyasətinin tanınmış simalarından biridir. 11 ildir hakim AKP-dən millət vəkili seçilən, məclisini spikeri, baş nazirin müavini və s. vəzifələrdə yer alan Arınc daha əvvəl də mərhum Nəcməddin Ərbakanın sədrlik etdiyi Refah partiyasnın nümayəndəsi kimi parlamentə daxil olub. 

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM