Erdogan "hörmət" tələb etdi

16:34 | 02.11.2015
Erdogan

Erdogan "hörmət" tələb etdi

Türkiyə prezidenti Racep Tayyip Erdogan dünyanı Türkiyədə keçirilən parlament seçkisinin nəticələrinə hörmətlə yanaşmağa çağırıb.

Noyabrın 1-də Türkiyədə keçirilən parlament seçkilərində hakim "Ədalət və İnkişaf” partiyası qalib gəlib.

Erdohan noyabrın 2-də bildirib ki, nəticələr göstərdi ki, xalq sabitliyin tərəfdarıdır və gəlin qardaş kimi bir olaq.

"Ədalət və İnkişaf” partiyası seçkidə 50 faizdən çox səs toplayıb ki, bu partiyanın təkbaşına hökumət qurması üçün kifayətdir.

Partiya 550 yerlik parlamentdə 315 yer qazanıb.

Kerdpərəst "Xalq Demokrat Partiyası” isə 10 faizlik həddi keçərək parlamentə düşə bilib.

AKP iyunda keçirilən parlament seçkisində çoxluğu itirdiyinə görə, təkbaşına hökumət qura bilmədi,digər partiyalar isə onunla koalisiyaya girmədi.

Buna görə də ölkədə təkrar seçki keçirildi.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM