Çikaqodan Filadelfiyaya uçan təyyarəyə iki sərnişin ərəb dilində danışdıqları üçün buraxılmayıblar. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, pitseriya sahibi olan Maher Xəlil deyib ki, o, dostu il "Southwest Airlines” hava şirkətinin reysinə qeydiyyatdan keçərkən hava limanının əməkdaşı digər sərnişinlərin onlarla bir təyyarədə uçmaqdan çəkindiklərini bildirib.
Xəlil indiyədək heç vaxt belə vəziyyətlə üzləşmədiyini deyib. Məlumatda qeyd edilir ki, hava şirkəti həmin sərnişinlərə digər reysdə iki yer bron ediblər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !