Ərəb dövlətləri xarici işlər nazirləri müttəfiq ordusunun yaradılması haqqında qətnamə layihəsini təqdir ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə Reuters Misir televiziyasına istinadən xəbər yayıb.
Məlumata görə, XİN rəhbərləri Ərəb Dövlətləri Liqasının (ƏDL) baş katibinə müraciət edərək, bir ay ərzində ümumi ordunu formalaşdırmağı istəyiblər. Ordu sürətli hərbi müdaxilələr vasitəsilə təhlükəsizliyə qarşı təhdidlərlə mübarizə aparacaq.
Nazirlərin görüşləri Səudiyyə Ərəbistanının Yəməndə housitlərin (şiə yaraqlıları) mövqelərini bombalaması fonunda baş verib. Səudiyyə Ərəbistanının hərəkətləri ƏDL, ABŞ, Böyük Britaniya, Fransa, Türkiyə, Sudan, Misir və Fars körfəzinin digər monarxiyaları tərəfindən dəstəkləyib. İran və Rusiya hərbi müdaxiləyə qarşı çıxış ediblər. Çin və Avropa İttifaqı məsələ ilə bağlı narahatlıqlarını ifadə edərək, tərəfləri münaqişəni sülh yolu ilə həll etməyə çağırıblar.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !