Ərəb ölkəsi Ermənistan vətəndaşları üçün vizanı ləğv etdi

17:27 | 19.11.2019
Ərəb ölkəsi Ermənistan vətəndaşları üçün vizanı ləğv etdi

Ərəb ölkəsi Ermənistan vətəndaşları üçün vizanı ləğv etdi

Qətər Ermənistan vətəndaşları üçün viza rejimini ləğv edib.

Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, bundan sonra Ermənistan vətəndaşları Qətərə vizasız səfər edə biləcəklər.
Məlumatda qeyd olunur ki, bu barədə qərar Qətərin paytaxtı Dohada Ermənistan prezidenti Armen Sarkisyan və Qətər əmiri Qətər əmiri Şeyx Tamim bin Həməd əl-Taniyə arasında keçirilən görüşdə qəbul olunub.

Ermənistan prezidenti Qətərdə Ermənistan səfirliyinin açılmasına görə də Qətər əmirinə təşəkkür edərək bildirib ki, vizanın ləğvi iki dövlətin iqtisadi, mədəni, elmi, təhsil və turizm əlaqələrinin stimullaşdırılmasına müsbət təsir göstərəcək.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb