"Mulliner” şirkəti "Bentley” avtomobilinin xüsusi versiyasını hazırlayıb.
Anews.az istipress.az-a istinadən xəbər verir ki, onlar "Bentley”in ov üçün versiyasını xüsusi olaraq ərəb şeyxləri üçün düzəldiblər.
Avtomobilin içərisi xüsusi bəzəkli parçadan ibarətdir. Yük yerində isə nəm salfet qutusu, durbin, metal termoslar, GPS və ov üçün xüsusi ləvazimatlar yerləşdirilib. Arxa yük yerində isə ərəb şeyxlərinin quşlarını saxlamaq üçün xüsusi qab da var. "Bentley Bentayga Falconry” avtomobilinin içərisi mozaik panno, zeytun və dalğalı çinar, ağcaqayın, şabalıd, evkalipti, pırkalı şponu əl ilə yığılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !