ANN.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "New York Times” Səudiyyə Ərəbistanı və ABŞ-dakı mənbələrə istinadən xəbər yayıb.
Məlum olub ki, Əsəd rejiminə dəstəyin azaldılması məqsədilə Səudiyyə Ərəbistanı rəsmiləri Rusiyaya təzyiqlər etməyə çalışıblar.
Qəzet yazır ki, Səudiyyə Ərəbistanı rəsmiləri rusiyalı həmkarlarına gizli saziş təklif ediblər və Bəşər Əsədə dəstəyin dayandırılacağı təqdirdə Səudiyyə Ərəbistanının da neft qiymətlərinə təsir edəcəyini bildiriblər.
Xüsusilə vurğulanır ki, Suriya mövzusu Səudiyyə Ərəbistanı nümayəndə heyətinin 2014-cü ilin noyabrında Moskvaya səfəri zamanı müzakirə olunan əsas məsələ olub.
Lakin danışıqların hələlik nəticə vermədiyini deyən mənbələr yeni kral Salman ibn Əbd-əl-Əziz tərəfindən bu istiqamətdə səylərin davam etdiriləcəyini istisna etmirlər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !