Ərəbistanda ateistlər terrorist hesab olunacaq

14:10 | 03.04.2014
Ərəbistanda ateistlər terrorist hesab olunacaq

Ərəbistanda ateistlər terrorist hesab olunacaq

20 il həbs cəzası…

Səudiyyə Ərəbistanda qəbul edilən yeni bir qanun dəyişikliyiylə ateistlər artıq terrorist qəbul ediləcək və 20 ilə qədər həbslə cəzalandırılacaqlar.

ANN.Az Modern.az-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanın Kralı Abdullah tərəfindən qəbul edilən qərarla ateistlər Əl-Qaidə və Hizbullah kimi terrorist qruplarla eyni kateqoriyada dəyərləndiriləcəklər.

Bu qanunla “ateist düşüncəni müdafiə edənlər və İslam dininin təməllərini sorğulayanlar” terrorla mübarizə qanununa görə mühakimə olunacaq və 20 il həbslə cəzalandırılacaqdır.

Qeyd edək ki, yeni qanuna insan hüquqları təşkilatları etiraz ediblər.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM