Ərəbistandan Rusiyaya maraqlı təklif

11:57 | 09.12.2013
Ərəbistandan Rusiyaya maraqlı təklif

Ərəbistandan Rusiyaya maraqlı təklif

Son vaxtlar xarici siyasətdəki fərqliliklər səbəbindən ABŞ-la münasibətləri soyuyan Səudiyyə Ərəbistanı Rusiyadan regionda Vaşinqtonun yerini tutmasını istəyib. Qaynar.info xəbər verir ki, uzun illər Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri olan və Buş ailəsinin yaxın dostu olan şahzadə Bindar bin Sultan Moskvaya maraqlı təklif irəli sürüb. ABŞ prezidenti Barak Obamanın İran, Suriya və Misir siyasətlərinə qarşı çıxan rəsmi Ər Riyad Rusiya ilə yaxınlaşmanın yollarını axtarır. Hələ də Səudiyyə kəşfiyyatını idarə edən bin Sultannın bu məqsədlə Moskvada görüşdüyü Vladimir Putinə maraqlı təkliflər verib. Soçi Olimpiadasında terrorizmə qarşı mübarizədə Rusiyaya ilə əməkdaşlıq təklif edən şahzadə Misirə silah satışında Rusiyanın ABŞ-ın üstünlüyünə son verəcəyini də vəd edib. Şahzadə bin Sultan bunun əvəzində Suriya lideri Bəşər Əsədin getməsini tələb edərək, gələcək Suriyada Rusiyanın hərbi bazasına da yer olacağı əminliyini bildirib. Bundan başqa Əsəddən sonra prezident olaraq şiə əsilli keçmiş müfadiə naziri general Əli Həbibin adı təqdim olunub. Lakin Moskva Səudiyyə şahzadəsinin bütün bu təkliflərinin heç birini qəbul etməyib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM