Ərəblər qadağan olunmuş silah işlətdi

12:19 | 29.03.2015
Ərəblər qadağan olunmuş silah işlətdi

Ərəblər qadağan olunmuş silah işlətdi

Səudiyyə Ərəbistanı hərbi hava qüvvələrinin Yəməndə husi üsyançılarına qarşı kasset tipli silahlardan istifadə etməsinə dair iddialar yaranıb.

ANS PRESS-in məlumatına görə, bu cür silahların mərmiləri dəfələrlə partlamaq xüsusiyyətinə malikdir və mülkilərə qarşı istifadəsi qadağan olunub.

Koalisiya qüvvələrinin mətbuat katibi, briqada generalı Əhməd Əsiri iddiaları təkzib edib: "Əməliyyatlar daha əvvəl də qeyd etdiyim kimi məqsədimizə çatana qədər davam edəcək. Kasset tipli bombalara gəldikdə isə, biz qətiyyən bu cür silahlardan istifadə etmirik. Sizə bunu sübut edə biləcək videolar göstərə bilərəm. Yəmən xalqının həyatı bizim üçün daha vacibdir. Husilər insanları özlərinə cəlb etmək üçün müəyyən yollardan istifadə edirlər. Lakin artıq həmin silahlıların üsyançıları tərk etdiyini və rəsmi orduya qoşulduqlarını görürük”

Ekspertlər aviazərbələrin bir neçə ay davam edə bilcəəyinə dair açıqlama verib.

Yəmənin sabiq prezidenti Əli Abdullah Saleh ölkədə baş verən hadisələrin təqsirini prezident Əbd-Rəbbo Mənsur Hadidə görüb. Əli Abdullah Saleh vəziyyətdən çıxış yolu olaraq aviazərbələrin dayandırılmasını və yeni hökumətin qurulması üçün növbədənkənar seçkilərin keçirilməsini vacib hesab edib. Abdullah Saleh qeyd edib ki, seçkilərdə nə o, nə də onun nəslindən heç kim iştirak etməyəcək.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM