ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, yardım BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) hesabına köçürülüb və gün ərzində yeri banklar vasitəsilə hərbi hücumlar zamanı daha çox ziyan çəkən ailələrə çatdırılacaq.
Səudiyyə Ərəbistanı ötən oktyabr ayında Qəzzanın yenidən inşa olunması məqsədilə Misirin paytaxtı Qahirədə təşkil olunan konfransda təxminən 500 milyon dollar həcminə yardım göstərəcəklərini öhdəliklərinə götürmüş, dekabr ayında UNRWA-ya dağıdılmış məktəblərin inşası üçün ilkin olaraq 12 milyon dollar hədiyyə etmişdi.
UNRWA Qəzzadakı dağılmış evlərin, binaların, məktəblərin, tibb müəssisələrinin yenidən inşa olunması, kirayədə yaşayan, yaxud xüsusi yerlərə sığınan qəzzalıların qida tələblərini ödəmək üçün ümumilikdə 724 milyon dollar lazım olduğunu, onun yalnız 135 milyon dollar toplandığını bildirmişdi.
İsrailin 2014-cü ilin 7 iyulundan Qəzzada başladığı hərbi hücumlar 51 gün davam etmiş, bu zaman 2 mindən çox qəzzalı həlak olmuş, 11 mindən çox sıravi vətəndaş yaralanmış, minlərlə ev dağıdılmış, yaxud ciddi ziyan dəymişdir.
BMT-nin hesabatına görə, hücumlar nəticəsində təxminən 15 min vətəndaş UNRWA-nın səlahiyyətinə daxil olan məktəb binalarında məskunlaşıblar.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !