Tükiyədə PKK-lı terrorçularla girdiyi qarşıdurmada şəhid düşən Çavuş Mehmet Gücüyetməzin həyat yoldaşı 22 yaşlı Tuba Gücüyetməz, Ağrı Rayon Jandarm Komandanlığı tərkibində könüllü təhlükəsizlik gözətçisi oldu.
Missiya.Az xəbər verir ki, Doğubəyazit Rayonu yaxınlığındakı Tendürek Dağında PKK terror təşkilatına qarşı davam etdirilən əməliyyatda 23 yaşlı Çavuş Mehmet Gücüyetməz ilə 24 yaşlı Onbaşı Kapral Alper Sevən 2017-ci ilin may ayının 11-də şəhid olmuşdu. Ərzurumda keçirilən mərasimə zabit Mehmet Gücüyetməzin iki ay əvvəl evləndiyi həyat yoldaşı Tuba da iştirak edib. Mərasimdə göz yaşlarına boğulan Tuba Gücüyetməz, həyat yoldaşının Türk bayrağına sarılı tabutunu salamlayaraq, "Həyat Yoldaşım və Alpər çox yaxşı iki dost idi. Ölümə də birlikdə getdilər” demişdi.
Mehmet Gücüyetməzin cənazəsinin vətəni Hatayda torpağa verilməsinin ardından Ağrıya gələn Tuba Gücüyetməz, həyat yoldaşının şəhid olduğu bölgədə könüllü təhlükəsizlik gözətçisi olacağını dedi ki, bu istəyi də qəbul edilib. Tuba Gücüyetməz, Ağrıdakı Jandarm Xüsusi Təyinatlı Batalyonunda vəzifəli həyat yoldaşı Məmməd Gücüyetməzin silahdaşları ilə birlikdə Tendürek Dağında terrorla mübarizə cərgələrində yerini aldı.
Tuba Gücüyetmez duyğularını belə izah etdi: Həyat yoldaşımın izindən getməyi özümə vəzifə bildim. Qanımın son damlasına qədər ölkəm və bayrağım uğrunda mübarizə etməyə davam edəcəyəm. Həyat yoldaşım mənim bu etdiyimi görsəydi, mənim onunla fəxr etdiyim kimi o da mənimlə fəxr edərdi”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !