• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

Erkən yaşda nişanlanmanın qarşısını alacaq qanun layihəsi hazırlanıb - Aynur Sofiyeva

Erkən yaşda nişanlanmanın qarşısını alacaq qanun layihəsi hazırlanıb - Aynur Sofiyeva
24.05.2024 14:06
Uşaqların erkən yaşda nişanlanmasını qadağan edən qanun layihəsi hazırlanıb. Bunu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva  deyib. 
 
"Strategiyada hüquqi bazanın təkminləşdirilməsi ilə bağlı çox vacib sənədlərin hazırlanması öz əksini tapmışdı. Artıq 2 sənəd yekunlaşıb, qəbul olub. Bunlardan biri "Fövqəladə hallarda, pandemiya və bu kimi xüsusi vəziyyətlərdə uşaqların təhsilə, sosial və  digər xidmətlərə çıxışında bərabərliyin təmin edilməsi”, ikincisi isə "Xarici ölkədə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayanların Azərbaycan vətəndaşların repatriasiyası və reabilitasiyas”dır. Növbəti 3 sənəd son mərhələdədir ki, o da uşaq hüquqları istiqamətində vacib sənədlərdir. Bu il artıq bu da qəbul olacaq.
 
Uşaq hüquqları ilə bağlı qanun layihəsi aidiyyatı qurumlardadır.
 
Bu sənəd layihəsində yeni məsələlər öz əksini tapıb. Uşaqlarla bağlı inzibati və məhkəmə icazələrinə dair ümumi sənədlər müəyyən edilib. Layihədə yeni anlayışlar, erkən evliklə əlaqədar ictimai iaşə obyektlərində mərasimlərin keçirilməsi, sövdələşmə, elçilik, nişan mərasimlərin aparılması, dini kəbinin kəsilmə mərasimlərinin keçirilməsini qadağan edən müddəalar daxil edilib. Eyni zamanda layihədə cismani cəza, bullinq və digər məsələlər ilə bağlı normalar müəyyən edilib. Ümid edirəm ki, yaxın müddətdə bu qanun layihəsi öz təsdiqini tapacaq.
 
Bizim uşaq məsələləri ilə bağlı yeni yanaşmada bu qanun layihəsi çox vacibdir” , - mayın 24-ü "Yetkinlik yaşına çatmayanlar tərəfindən və onlara qarşı törədilmiş hüquq pozuntularının qarşısının alınması: imkanlar və perspektivlər" elmi -praktiki konfransında çıxışı zamanı qeyd edib.
 
Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qaradağda zəncirvari qəza tıxaca səbəb olub
Cəmiyyət 22:36
Qaradağda zəncirvari qəza tıxaca səbəb olub
Binə TM-də elektrik dirəyi aşıb
Cəmiyyət 21:37
Binə TM-də elektrik dirəyi aşıb
Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib
Cəmiyyət 20:04
Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 19:11
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Pənah Hüseyn istefa verib
Cəmiyyət 18:10
Pənah Hüseyn istefa verib
Qusarda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Cəmiyyət 17:50
Qusarda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
DYP qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Cəmiyyət 17:30
DYP qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 17:15
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 13:36
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol