Erməənistan üçtərəfli bəyanatı kobud şəkildə pozur - Əliyev

17:10 | 16.03.2023
Erməənistan üçtərəfli bəyanatı kobud şəkildə pozur - Əliyev

Erməənistan üçtərəfli bəyanatı kobud şəkildə pozur - Əliyev

Ermənistan 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatı kobud şəkildə pozur. Bunu prezident İlham Əliyev deyib. 


"Ermənistan 2022-ci ildə Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanısa da, hələ də öz qoşunlarını Azərbaycan ərazilərindən tam çıxarmayıb. Qarabağda qeyri-qanuni erməni birləşmələri və cinayətkar ünsürlər qalır.  Ermənistan 2020-ci il noyabrın 10-da imzaladığı bəyanatı kobud şəkildə pozur və buna görə cavab verməlidir”, - Azərbaycan lideri cümə axşamı Türk Dövlətləri Təşkilatının Ankarada keçirilən fövqəladə Zirvə toplantısında çıxışı zamanı bildirib.

Əliyev qeyd edib ki, Ermənistanın ölkə ərazisini işğal etməsi səbəbindən Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır.
 
"İkinci Qarabağ müharibəsindən sonra, yəni 2020-ci ilin noyabr ayından bəri mina partlayışları nəticəsində 300-ə yaxın azərbaycanlı həlak olub və ya ağır yaralanıb”, - dövlət başçısı əlavə edib.

2020-ci il Qarabağda hərbi əməliyyatlar başlayıb. Noyabrın 9-dan 10-na keçən gecə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən münaqişə zonasında hərbi əməliyyatların tam dayandırılmasına nail olmağa imkan verən üçtərəfli bəyanat imzalanıb. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti