Ermənistanla sülh imzalanması üçün hər hansı əngəl qalmayıb - Prezident

13:20 | 22.11.2023
Ermənistanla sülh imzalanması üçün hər hansı əngəl qalmayıb - Prezident

Ermənistanla sülh imzalanması üçün hər hansı əngəl qalmayıb - Prezident

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalamaq üçün hər hansı əngəl qalmayıb. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bildirib.  
 
"Antiterror tədbirləri nəticəsində Azərbaycan suverenliyini tam şəkildə bərpa edib. Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün artıq hər hansı əngəll yoxdur. Ölkəmiz regional sülh gündəliyini dəstəkləyir, sülh müqaviləsi və iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün Azərbaycan Ermənistanla dialoqa hazırdır", - Prezident noyabrın 22-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokertini qəbul edərkən bildirib.
 
Noybarın 22-də Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayaraq Azərbaycanla danışıqlara hazır olduğunu bəyan edib. 
 
Oktyabrın 14-də Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial hesabında yazıb ki, Ermənistan sülh sazişi ilə bağlı sənədin variantını iki aydan artıqdır ki gecikdirir.
 
Oktyabrın 10-da Prezident İlham Əliyev Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlaması üçün tarixi şərait yaranıb. 
 
Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında üçtərəfli bəyanata əsasən dayandırılıb. Bundan sonra Azərbaycan və Ermənistanın rəhbər şəxsləri sülh imzalanması istiqamətində bir neçə görüşlər həyata keçirib. 
 
 
Gülnar Nazimqızı 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb