Erməni ailəni güllələyən rus əsgərdən imtina edildi

10:00 | 18.01.2015
Erməni ailəni güllələyən rus əsgərdən imtina edildi

Erməni ailəni güllələyən rus əsgərdən imtina edildi

Vəkili Gümrüdə erməni ailəsinin 6 üzvünü güllələyən rus əsgərindən imtina edib. 


"Qafqazinfo” lenta.ru-ya istinadən xəbər verir ki, cinayətkar Valeri Permyakovun vəkilini Ermənistan Vəkillər Palatası təyin etmişdi. Tamara Yayloyan adlı vəkil bu qərara Permyakovun ifadə verməsindən sonra gəlib. 

Yayloyan əsgərin vəkili olmaqdan imtina etməsini emosionallığı ilə əlaqələndirib. O, qərarın peşəkarlıqdan kənar olduğunu da etiraf edib:
"Permyakov uşaqları necə vurduğunu danışanda mən otaqda qala bilməyərək oranı tərk etdim”.
 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti