Erməni baş nazir təşvişdə

19:43 | 21.08.2014
Erməni baş nazir təşvişdə

Erməni baş nazir təşvişdə

Ermənistanın baş naziri Azərbaycanla sərhəd yoluna görə bərk əsəbləşibErmənistanın baş naziri Azərbaycanla sərhəd yoluna görə Nəqliyyat Nazirliyini danlayıb.ANS PRESS-in məlumatına görə, baş nazir Ovik Abramyan Vazaşen-Parakavar layihəsi ilə bağlı məsələləri əvvəlcədən həll etmək lazım olduğunu söyləyib.Ermənistan hökumətinin bu gün keçirilən növbəti iclasında danışan Abramyan alternativ yolun tikintisi üçün 55 mln. dram (təxminən 120 min dollar) smetanı artırmaq lazım olduğunu açıqlayıb.Ovik Abramyan üzünü nəqliyyat nazirinin müavini Artur Араkelyana tutaraq "Bunu nə ilə izah edəcəksiniz?", - deyə soruşub. Nazir müavini isə öz növbəsində baş nazirə cavab verərək "Bu alternativ yolun 9-ci dərəcəli ərazisində problem meydana gəlib", - deyə Arakelyan söyləyib. O baş nazirə "Bunu camaata necə izah edəcəksiniz?",- deyə soruşub.Abramyan isə öz növbəsində nazir müavinin bu sualı müzakirə etmək fikrinə hirslə cavab verib: "Müzakirə etməyə dəyməz. Normal işləmək lazımdır",-deyə Abramyan bildirib. Bu söhbətdən sonra layihə də təsdiq edilib.Xatırladaq ki, Ermənistan tərəfi Azərbaycanla sərhəd yolunun təhlükəsizliyini təmin etmək məqsədilə alternativ yol tikilir. İşin oktyabr ayının 31-dək başa çatdırılması planlaşdırılır. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM