"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu hakim Respublikaçılar Partiyasından olan deputat, "Sovrano" şirkətinin sahibi Arman Saakyan bildirib.
"Ticarətlə məşğul olan bir çox şirkətlər də ölkədə iqtisadi vəziyyətin ağırlaşdığını təsdiqləyə bilər", - o, vurğulayıb.
"Ukraynadakı vəziyyət sizin şirkətin fəaliyyətinə necə təsir edib" - sualına cavabında deputat-sahibkar deyib: "Prinsipial olaraq təsir etməsə də, bütövlükdə vəziyyətin pisləşdiyini hamı bilir".
Qeyd edək ki, Arman Saakyan şirkətinin bütün mallarını Ukraynadan idxal edir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !