Erməni deputat yalan danışdığını bildiyi halda, tarixi abidələrlə bağlı çəkiliş aparmaq üçün dövlət televiziyasının nümayəndəsini Ermənistana dəvət edib.
"Ermənistanda Azərbaycanın mədəni iris qorunur. Bizə inanmırsınızsa, gəlin, çəkiliş edin. Mən parlamentin deputatı kimi Azəırbaycan televiziyasının nümayənsdəsini Ermənistana dəvət edirəm” – erməni deputat deyib.
İşğalçı ölkəni təmsil edən deputatın həqiqətləri danışacağını onsuz da heç kim gözləmirdi. Axı, o, deyə bilməzdi ki, Azərbaycanın işğal altında saxlanılan torpaqlarında bütün maddi-mədəni irs məhv edilir, tarixiniz silinir.
Tarixi faktlar Tandilyanı tamamilə yalanlayır və təkzib edir.
Hamıya məlumdur ki, Ermənistanda azərbaycanlılara məxsus maddi-mədəni irsə qarşı vandalcasına, dağıdıcı münasibət göstərilib, onları dağıdaraq yer üzündən silməyə çalışıblar. İrəvan qalasındakı bütün tarixi abidələr, o cümlədən Xan sarayı və Sərdar (Abbas Mirzə) məscidi ermənilər tərəfindən məhv edilib.
Bu gün Ermənistan ərazisində azərbaycanlılara məxsus yalnız iki tarixi-memarlıq abidəsi qalıb. Onlardan birini - İrəvan şəhərindəki Göy məscidi "fars məscidi”, digərini - İrəvan yaxınlığındakı Əmir Səəd məqbərəsini isə "türkmən abidəsi” kimi qələmə verirlər.
Erməni vandalları azərbaycanlıların tarixi-etnik torpaqlarındakı izlərini silməklə yanaşı, onlara məxsus toponimlərə qarşı da soyqırım həyata keçiriblər. Monoetnik ermənidövlətində əvvəllər azərbaycanlıların yaşadıqları 703 yaşayış məntəqəsinin adlarını dəyişdirərək erməniləşdiriblər.
Tandilyan məgər bilmir ki, Azərbaycanın işğal altında olan ərazilərində tarixi abidələrimiz, milli-mənəvi dəyərlərimiz erməni vandalları tərəfindən məhv edilib?!
Erməni deputata xatırlatmaq yerinə düşər ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisi və onun ətrafındakı 7 inzibati rayonu işğala məruz qalıb.
Bundan əlavə Azərbaycana aid 500 tarixi-memarlıq abidələri, 100-dən çox arxeolojik abidə, minlərcə əsərin qorunduğu 22 müzey, 4 rəsm sərgisi, 4,6 milyon kitab və əlyazma saxlanan 927 kitabxana, 85 incəsənət məktəbi, 20 mədəniyyət sarayı, 4 dövlət teatrı ermənilər tərəfindən məhv edilib.
İşğal nəticəsində Azərbaycanda peşəkar musiqi sənətinin əsasını qoyan musiqiçi Bülbülün, musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyi talan edilib. Xocalıdaki "Dairəvi Məbəd"(1356-1357) və "Türbə"-nin (14-cü əsr) aqibəti hələ də məlum deyil.
Hərbi təcavüz nəticəsində işğal olunmuş ərazilərdə ilk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hal-hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılır. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayılrayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilir.
Tandilyanın ağırdolusu təriflədiyi Ermənistanın valdalizmi nəticəsində Qarabağ ərazisində olan qədim qəbiristanlıq, böyük Azərbaycan şairi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin türbəsi, Ağdamda Pənah xanın imarəti, Cümə məscidi, Laçın rayonunda Həmzə Sultan və Soltan Əhməd sarayları, məscidləri, ziyarətgah və ibadətgahlar, daş heykəllər, qədim qəbirlər, kurqanlar, tarixi abidə olan yaşayış binaları dağıdılıb.
Ermənistanın mədəni irsimizə qarşı həyata keçirdiyi terroru sübut edən faktların siyahısı daha da artırmaq olar. Yuxarıda qeyd etdiklərimiz bunlardan yalnız bir neçəsidir.
Haqlı olaraq sual olunur: Bütün bunlar vandalizm deyil, bəs nədir? Erməni parlamentarinin dediyi qorunan abidələr hanı?
Məsləhət görərdik ki, erməni deputat tarixə bir nəzər salsın və təmsil etdiyi ölkənin necə işğalçı və talançı olduğunu öyrənsin.
Qeyd edək ki, sabah erməni deputatlar Bakıya gəzintiyə çıxacaqlar. Onlar Bakının gəzməli-görməli yerlərində olduqdan sonra, çox güman ki, şəhərin mərkəzində yerləşən ermənikilsəsinə də baş çəkəcəklər. İnanmaq istərdik ki, xanım Tandilyan Azərbaycanda ermənikilsəsinin necə saxlanıldığını gördükdən sonra, danışdığı yalan görə xəcalət çəkəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !