Erməni deputat: Bəzi ərazilər Azərbaycana qaytarıla bilər

14:15 | 13.11.2015
Erməni deputat: Bəzi ərazilər Azərbaycana qaytarıla bilər

Erməni deputat: Bəzi ərazilər Azərbaycana qaytarıla bilər

"Buna narahat olmaq üçün səbəb yoxdur”.

Ermənistan və Azərbaycan danışıqlar prosesində, o cümlədən statusun müqabilində Azərbaycana bəzi ərazilərin geri qaytarılmasında da güzəştli həll yolunu tapa bilərlər.

Oxu.Az xəbər verir ki, bu barədə 1in.am-a Ermənistan respublikasının iqtidar partiyasından olan deputatı Levon Martirosyan bildirib.

"Biz hansısa məqamda güzəştli həllin tapılmasını, o cümlədən də Qarabağ əhalisinin sabit və zəmanətli təhlükəsizliyini təmin edərək və Qarabağın statusunu müəyyən edərək Azərbaycana bəzi ərazilərin qaytarılmasını da istisna etmirik. Bunda yeni heç bir şey yoxdur və narahatçılıq üçün səbəb də yoxdur”, - parlamentari bəyan edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM