“Erməni deputat qələt edir...” – Xocalının millət vəkili

17:23 | 25.09.2017
“Erməni deputat qələt edir...” – Xocalının millət vəkili

“Erməni deputat qələt edir...” – Xocalının millət vəkili

Milli Məclisin Xocalıdan seçilən millət vəkili Elman Məmmədov Ermənistan Parlamentinin üzvlərinin Bakıya gəlməsi və deputat Armen Aşotyanın Qarabağ məsələsi ilə bağlı xahişinə münasibət bildirib.
E.Məmmədov AzVision.az-a deyib ki, erməni deputat günahkar olduqları üçün Dağlıq Qarabağ münaqişəsi ilə danışmaq istəməyib.

"Erməni deputata elə gəlir ki, artıq Dağlıq Qarabağdan danışmağa dəyməz. Qələt edir belə fikirləşirlər. Özlərin elə aparırlar ki, guya Dağlıq Qarabağ məsələsini həll ediblər və orada qondarma rejim yaradıblar”.

E.Məmmədov vurğulayıb ki, Bakıda keçirilən tədbirdə erməni deputat Milli Məclis üzvləri tərəfindən susdurulub.

"Həmin tədbirdə ona yetərincə tutarlı cavablar verildi. Erməni deputata izah olundu ki, Dağlıq Qarabağ məsələsi həll olunmayıb. Münaqişə o zaman həll olunacaq ki, Ermənistanın bütün işğalçı qüvvələri Azərbaycan ərazisini tərk edəcəklər, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq və ondan sonra Dağlıq Qarabağ məsələsində danışılmayacaq. Niyə bura gələn erməni xahiş edir ki, bu məsələdən danışmayaq? Çünki bu məsələ bütün ermənixalqının üz qarasıdır, rüsvayçılığıdır. Onlar Azərbaycan xalqına qarşı soyqırım törədiblər. Ona izah olundu ki, Azərbaycan torpaqları işğaldan azad edilənə qədər bu məsələ həmişə gündəlikdə olacaq”. 

Millət vəkili Ermənistan prezidenti Serj Sarkisyanın BMT tribunasındakı çıxışına toxunub:
"Sarkisyan BMT-də çıxışı zamanı sərsəmlədi. Azərbaycan prezidenti İlham Əliyev isə BMT-də hər kəsə bəyan etdi ki, Sarkisyan normal adam deyil və kriminal aləmin üzvüdür, hərbi canidir. Sarkisyan Xocalı soyqırımında iştirak etmiş və əli minlərlə dinc sakininin qanına batmış cinayətkardır”.

Qeyd edək ki, ötən həftə erməni deputatlar Bakıya səfər ediblər. Avronest PA-nın iclasında qatılan erməni parlamentarilərə Azərbaycanın deputatları tərəfindən Qarabağın işğalı, bir milyondan çox insanın köçkün həyatı yaşadığı xatırladılıb və iradlar bildirilib. Çıxılmaz durumda qalan Armen Aşotyan millət vəkillərindən xahiş edib ki, Qarabağ məsələsi müzakirə olunmasın.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM