Erməni deputatdan Azərbaycana təşəkkür

11:30 | 02.07.2014
Erməni deputatdan Azərbaycana təşəkkür

Erməni deputatdan Azərbaycana təşəkkür

ATƏT-in Bakıda keçirlən 23-cü illik sessiyası bu gün də öz işini davam etdirir. ANS PRESS-in məlumatına görə, ATƏT regionunda gender bərabərliyinin qorunması məsələsi iclasın gündəliyinə daxil edilib və müzakirəyə çıxarılıb.ATƏT PA-nın xüsusi nümayəndəsi gender bərabərliyinin qorunmasının önəmindən danışıb. Qeyd olunub ki, son illər ATƏT-ə üzv olan ölkələrdə gender bərəbərliyinin qorunması istiqamətində ciddi irəliləyişlərə nail olunub.İspaniyalı nümayəndə Santiaqo Opeisis gender bərabərliyinin əhəmiyyətini vurğulayıb: “ATƏT məhkəmə deyil. Biz münaqişələrin həll olunmasında körpü rolunu oynamalıyıq. Biz homoseksulların həbsə atılmasına, Amerikada ölüm hökmünün tətbiqinə qarşı çıxmalıyıq”.Gürcüstanlı təmsilçi Vadim Seletelli isə Helsinki prisiplərindən danışıb və bildirib ki, bu ATƏT-in əsas prisipləridir. "Bu prisiplərin pozulmasına nəticəsində Azərbaycan, Gürcüstan və Moldovanın verdiyi qurbanlar hər kəsə bəllidir. Biz inanırıq ki, Rusiya suverən Ukrayna ilə münasibətlərini normallaşdırmalıdır. Azərbaycan hakimiyyətinə təşəkkür edirik ki, bizi belə yaxşı qarşıladılar. Biz evə gedəndən sonra da yenidən Bakıya qayıtmaq istəyəcəyik”. Ermənistan təmsilçisi Artaşes Qeqamyan da iclasda çıxış edib. O çıxış zamanı azərbaycanlı həmkarlarına təşəkkürünü çatdırıb. “Biz G8 və G20 ölkələri qarşısında yeni bir məsələ qaldırmalıyıq. Onlar artıq Ukrayandakı vəziyyəti müzakirə etməsinlər. Onlar dünya maliyyə sisteminin təkmilləşdirilməsini müzakirə etsinlər. Baş katibə, Bakıdan olan həmkarlarımıza təşəkkür edirəm. Onlar bizə yaxşı şərait yaradıblar və biz burada iştirak edirik. Anlaşılmazlıq və fikir ayrılıqları oldu, amma biz sesssiyada işirak etdik və fikirlərimizi də bildirdik. Buna görə hər kəsə təşəkkür edirəm. Amma dünya maliyyə sistemində islahatlar aparılmalıdır”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM