Erməni deputatı Ermənistan vətəndaşlarını üsyana çağırdı

14:50 | 20.11.2015
Erməni deputatı Ermənistan vətəndaşlarını üsyana çağırdı

Erməni deputatı Ermənistan vətəndaşlarını üsyana çağırdı

Zarui Postancyan: 2016-cı ilin dövlət büdcəsi layihəsi ölkə əhalisinin ehtiyacı olan hissəsinin minimal tələblərini belə ödəmir

"Ermənistan vətəndaşlarının mövcud vəziyyətə qarşı üsyan etməkdən başqa yolu yoxdur".
"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkə parlamentindəki "İrs" fraksiyasının deputatı Zarui Postancyan noyabrın 20-də keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, ölkə vətəndaşları şəxsi həyatlarını müəyyənləşdirmək gücündə deyil: "Hakimiyyət buna imkan vermir. 2016-cı ilin dövlət büdcəsi layihəsi ölkə əhalisinin ehtiyac içində yaşayan hissəsinin minimal tələblərini belə ödəmir. Bundan yeganə çıxış yolu Ermənistanda həyatın sistemli dəyişdirliməsidir. Ona qədər isə hakimiyyət ədalətli seçki keçirəcəyinə təminat verməlidir. Hərəkatın ümumi lideri bir nəfər olmamalıdır. Hər kəs öz yerində lider olmalıdır". 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM