Erməni diplomat: 11 yanvar tarixində Moskvada yeni sənəd imzalanacaq

11:31 | 09.01.2021
Erməni diplomat: 11 yanvar tarixində Moskvada yeni sənəd imzalanacaq

Erməni diplomat: 11 yanvar tarixində Moskvada yeni sənəd imzalanacaq

Xəbər verdiyimiz kimi, bir neçə gündür Ermənistanda müxalifətdə olan siyasi qüvvələr tərəfindən yanvar ayının 11-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya arasında hansısa sənədin imzalanacağı barədə açıqlamalar verilr.

Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayel Minasyan da sosial şəbəkə hesabından məsələyə münasibət bildirib.
Keçmiş səfir iddia edib ki, yeni sənəd Azərbaycan tərəfinin tələbi ilə imzalnacaq. 

Mikayel Minasyan bildirib ki, imzalanacaq sənədə görə Qarabağ Azərbaycan torpağı olduğu üçün orada Ermənistan qoşunları olmamalıdır: "Ermənistan rəsmilərinin Artsaxa (Qarabağa) səfəri Azərbaycan tərəfi ilə razılaşdırılmalıdır. Artsaxın özünüidarəetmə orqanları Azərbaycan tərəfinin və sülhməramlıların razılığı ilə seçilməli və ya təyin edilməlidir”. (yeniavaz)
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM