Erməni diversantın Rövşən Əkbərova danışdıqları

09:04 | 08.08.2014
Erməni diversantın Rövşən Əkbərova danışdıqları

Erməni diversantın Rövşən Əkbərova danışdıqları

Xəbər verdiyimiz kimi, Ermənistan ordusunun təxribat-diversiya qrupunun saxlanılan üzvü Şəmkir hərbi birləşməsinə aparılıb.

APA-nın bölgə müxbirinin məlumatına görə, diversiya qrupunun məhv edilmiş üzvlərinin üstündən xeyli sayta hərbi silah-sursat aşkar edilərək götürülüb. Hərbi birləşmədən bildiriblər ki, tutulan erməni diversantın üzərindəki mobil telefonda onun hərbi formada şəkilləri və komandirlərinin telefon nömrələri olub.Dindirilən diversant, Azərbaycan xalqından və prezidentindən üzr istəyib və öz ölkəsinə geri qaytarılmasını xahiş edib. Diversant milli qəhrəman, korpus komandiri Rövşən Əkbərovun otağına gətirilib və onun suallarına cavab verib. Hazırda dəstənin planı və fəaliyyətinin araşdırılması ilə əlaqədar iş aparılır. Erməni diversiya qrupunun cəhdinin qarşısı alınarkən Azərbaycan ordusu itki verməyib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM