"Əgər Ermənistanın Müdafiə Nazirliyi bu illər ərzində bizimlə ardıcıl əlaqə saxlasaydı, prokurorluq, hüquq-mühafizə orqanları və məhkəmələr bizim övladlarımızın ölüm faktlarının üstünü açardı"
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın hökümət binasının qarşısında aksiya keçirən "qara paltarlı" erməni əsgər anaları "1in.am” agentliyinə bildiriblər.
Onların sözlərinə görə, müdafiə naziri Vigen Sarkisyan bu sahədən məlumatsız olduğuna görə, orduda müsbət dəyişikliyə nail ola bilməyəcək.
Etiraz edən İren Qazaryan bildirib ki, Vigen Sarkisyan övladını itirən əsgər anaları ilə maraqlanmır, onlara sayğısız yanaşır. O, nazirin 7 il əvvəl öldürülən övladının ölüm faktının araşdırılmasına köməklik göstərmədiyini deyib: "O, hər şeyi dinlədi, hadisələr necə baş verib və onu kim öldürüb. Əgər onun başında şiş olubsa, gərək məhkəmə tibbi ekspertizası bunu göstərəydi".
Erməni nazir bir müddət əvvəl qəbuluna gələn əsgər anasına qarşı alçaldığı hərəkət edərək ondan üzr istəməsini tələb edib.
"Oğlum xəstə idi. Onu nə üçün orduya aparıblar? O, niyə kəşfiyyatçı olub? Vigen Sarkisyan bildirdi ki, işin yenidən açılması üçün kömək etməyə səlahiyyəti yoxdur. Viqen Sarqsyan dedi: "Necə komək edə bilərəm?" Əgər sənin bu işlərlə əlaqədar kömək etmək səlahiyyətin yoxdursa, nədən müdafiə nazirisən? Mənə necə kömək edə bilərsən? Sən camaatın cibindən 1000 dram götürürsən ki, orduya nəsə alasan. Mən ona dedim ki, siz ordunun nə olduğunu bilmirsiz, orduda xidmət etməmisiniz. Vigen Sarkisyan sərt sifət alaraq bildirdi: "Necə yəni mən qulluq etməmişəm, məndən üzr istəyin". Öldürülmüş erməni əsgərinin valideyni Vigen Sarkisyandan üzr istəməlidir? Siz bunu təsəvvür edirsiniz?" - əsgər anası etiraz edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !