Bir müddət öncə Naxçıvan istiqamətində öldürülən Ermənistan ordusunun əsgəri Qrişa Xaçaturyan Azərbaycan ordusunun gülləsinə tuş gəlməyib.
Axar.az xəbər verir ki, bu açıqlama ilə erməni hərbi ekspert Ruben Martirosyan çıxış edib. O, Qrişa Xaçaturyanın qəsdən ermənilər tərəfindən öldürüldüyünü bildirib:
“Aparılan yoxlamalar göstərir ki, Qrişa Xaçaturyan qəsdən öldürülüb. Əvvəl onun Azərbaycan tərəfinin atdığı güllədən öldüyünü deyirdilər. Daha sonra isə Müdafiə Nazirliyi hadisənin ehtiyatsızlıqdan baş verdiyini dedi. Yaxşı, sual verirəm: necə olur ki, ehtiyatsızlıqdan baş istiqamətində atılan güllələrdən ikisi hədəfə dəyir? Budurmu ehtiyatsızlıq? Seyran Ohanyan bunları da gizlətmək istəyirmi?”
Qeyd edək ki, bir müddət öncə Ermənistanın Müdafiə Nazirliyi Qrişa Xaçaturyanın Naxçıvanda yerləşən Azərbaycan Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində həlak olduğunu bildirmişdi. Bundan dərhal sonra Ermənistan Xarici İşlər naziri Nalbandyan Avropa Şurasının xüsusi nümayəndəsi ilə təmasa keçərək, Azərbaycan Ordusunun vaxtaşırı olaraq atəşkəsi pozduğundan və erməni hərbçilərini qətlə yetirməsindən şikayətlənmiş, beynəlxaq birliklərdən fakta qiymət verməyi və snayperlərin təmas xəttindən çəkilməsi üçün Bakıya təzyiq göstərməyi xahiş etmişdi.
Lakin dünən Ermənistan Müdafiə Nazirliyi bu faktı təkzib edərək, əsgər Xaçaturyanın ehtiyatsızlıq ucbatından öldüyünü bildirdi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !