Ermənistan Ordusunun Gorusda və Azərbaycanın işğal olunmuş Qubadlı rayonunda yerləşən hərbi hissəsində çoxlu sayda əsgər ağır xəstəliklə tibb müəssisələrinə yerləşdirilib.APA-nın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, son 10 gündə Gorus şəhərindəki tibb mərkəzinə Gorusdan və Qubadlıdakı hərbi hissədən 100-dən artıq xəstə əsgər aparılıb.Hərbi qulluqçularda bronxit, pnevmoniya və yuxarı tənəffüs yolların infeksiyası xəstəlikləri aşkarlanıb.Həkimlər xəstəliyin və infeksiyanın yayılmasının səbəbini təyin edə bilməyiblər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !