Hərbi hissədə insident - İki əsgər bir-birini güllələdi

13:55 | 03.12.2019
Hərbi hissədə insident - İki əsgər bir-birini güllələdi

Hərbi hissədə insident - İki əsgər bir-birini güllələdi

Ermənistanın "Joxovurd” qəzeti Qarabağın işğal edilmiş ərazisində tikilmiş qanunsuz hərbi hissədə baş verən insident barədə məlumat yayıb.
 
Məlumatda deyilir ki, saat 06:50 radələrində 21 yaşlı Artur Əcəmyan odlu silahdan açılan atəş nəticəsində ölümcül yaralanıb.  Digər əsgər  David Məlikbəyyan da yara alıb.
 
Qəzet yazır ki, hadisəyə səbəb əsgərlər arasındakı mübahisə olub. Yeganə versiya kimi qeyd edilib ki, Əcəmyan əsgər yoldaşına atəş açdıqdan sonra onu öldürdüyünü zənn edib.  Bu səbəblə özünə atəş açıb.  
 
İnsidentlə bağlı Ermənistan İstindaq Komitəsində cinayət işi açılıb.
 
Tərcümə: Cavid Zahidoğlu

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM