Erməni əsilli, Fransa musiqiçisi 91 yaşlı Şarl Aznavur Türkiyəyə, türklərə vurğunluğunu gizlətməyib.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Fransada erməni dilində nəşr olunan "Nouvelles Armenie" jurnalına müsahibəsində "Bir nəfər mənə "Əgər bu qədər hadisələr olmasaydı, siz Türkiyənin dünyadakı ən böyük sənətçisi ola bilərdiniz" dedi. İndi bunu etiraf edim ki, bəli, bu, doğrudur" - açıqlamasını verib.
Müxbirin Türkiyə və türklər haqqında verdiyi sualları cavablandıran Ş.Aznavur türkləri çox sevdiyini, hətta ən yaxın dostunun da türk olduğunu deyib. O, erməni və türklərin bir-birinə çox bənzədiyini və bundan sonra da bu bənzərliyin davam edəcəyini ifadə edib. Aznavur bir müddət əvvəl yunan əsilli fransız televiziya aparıcısı Nikos Aliagasla aralarındakı zarafatı da yada salıb: "Bu yaxınlarda Aliagasla birlikdə idi. Söhbətimizin mövzusu ermənicə və yunanca söyüşlər idi. Nümunələr gətirirdik, sonda diqqətimiz bir şey cəlb etdi ki, bütün sadaladıqlarımız türkcə imiş. Bu bizi xeyli güldürdü".
Daha sonra qoc musiqiçi erməni və türk mətbəxinin də bir-birinə bənzədiyini, türk musiqisinin isə vurğunu olduğunu deyib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !