Videonu ABŞ-ın məşhur jurnalisti, radio və televiziya şərhçisi Raul Louri Kontreras yayıb. O, videonun üzərinə aşağıdakı sözləri yazıb:
"Dağlıq Qarabağda, Xocavənddə Ermənistan futbol klubunun oyunçuları provakasiya xarakterli video yayımlayıb. Rus sülhməramlılarının orada olması onlarda arxayınlıq yaradır"
"Bu həmin klubun birinci belə təxribatı deyil. Bundan əvvəl də idman meydançalarında Azərbaycanın ədalətli qələbələrinə iyrənC hərəkətlər ilə kölgə salmağa çalışıblar. Xüsusilə, Qarabağın avrokubok oyunlarında biz onların bayraq üzərindən belə davranışlarını gördük. Lakin əfsuslar olsun ki, biz bununla bağlı şikayət, cəza tələb edə bilmirik. Bu komandanın peşəkar statusu və onlara cəza tətbiq edəcək qurum yoxdur. Həmin klub Ermənistanın futbol federasiyasında belə qeydiyyata alınmayıblar. Qondarma rejimin qondarma çempionatında oynayırlar, o da həvəskar səviyyədədir. Belə olduqda UEFA həmin ölkəyə cəza verə bilmir. Hətta idman hüquqşünasları deyir ki, xəbərdarlıq da edə bilməz", - deyə idmançı əlavə etdi.
Ləman Qasımova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !