Ermənistan prezidenti Serj Sarkisyanın İrəvandakı iqamətgahının qarşısında etiraz aksiyası keçirilib.
ANS PRESS-in məlumatına görə, nümayişçilər ölkədə pensiyanın yığım hissəsinin müdafiəsinin məcburi sisteminin tətbiqinə qarşı çıxıb.
Prezident iqamətgahının qarşısında toplanan aksiyaçıları sakitləşdirmək üçün ölkənin yeni baş naziri Ovik Abramyan onların yanına gəlib. Hökumət başçısı ölkədə pensiyanın yığım hissəsinin müdafiəsinin məcburi sisteminin tətbiqinə qarşı gənclərlə konstruktiv dialoqa hazır olduğunu deyib.
“Sonuna qədər sizinləyəm. Səmimiyyətimə inanın. Sizi narahat edən bütün problemlərin fərqindəyəm. Müzakirələrimiz küçədə bu şəkildə davam etməməlidir. Yanınıza gələrək danışıqlar üçün ilk addım atdım və müzakirələri davam etdirməyə hazıram”, deyə Ovik Abramyan deyib.