• $ 1.7
  • € 2.0035
  • ₽ 0.021707
  • ₺ 0.0427
  • £ 2.336

Erməni general: 1500 erməni əsgər fərrarilik etdi

Erməni general: 1500 erməni  əsgər fərrarilik etdi
19.11.2020 17:14
Ötən gün tutduğu vəzifədən istefa verən Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin rəisi, general-polkovnik Movses Akopyan istefasının səbəbləri barədə mətbuata açıqlama verib.

Bu barədə "Sputnik Ermənistan” məlumat yayıb.

M.Akopyan Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyanla aralarında yaşanan insidentlə bağlı yayılan xəbərlərə münasibət bildirib.
O qeyd edib ki, N.Paşinyanın həyat yoldaşını hərbçilərin komanda məntəqəsində görüb:

"Ona dedim: burada kişilər danışır, söyüş söyürlər. O isə "yaxşı” dedi. Dörd saatdan sonra məni müdafiə naziri ilə görüşmək üçün İrəvana çağırdılar. Qarabağa qayıdacağım ümidi ilə oraya yollandım. Ancaq nazir mənə dedi ki, daha  ora getməməliyəm”, - general-polkovnik bildirib.

M.Akopyan qeyd edib ki, ona N.Paşinyanın adından qondarma qurumun komanda məntəqəsinə getmək qadağan edilib.
Ötən gün istefa ərizəsini yazmış M.Akopyanın sözlərinə görə, 44 günlük müharibə ərzində yayılan yalanlar Ermənistanı dərin böhrana salıb:

"Müdafiə Nazirliyinin İnformasiya Mərkəzinin vəzifələrindən biri düşməni yanıltmaq idi. Ancaq bir standart var: yalan 30 faizi keçməməlidir. Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatların isə 100 faizi yalan idi”.

İstefada olan general Ermənistan ordusundakı fərarilikdən də danışıb.

"Müharibənin beşinci günü artıq 1 500 hərbçi fərarilik etmişdi. Fərarilərin Ermənistana qayıdıb çaxnaşma salmaması üçün onları Qarabağda təcrid olunmuş vəziyyətdə saxlayırdılar”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Dünya 12:12
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Dünya 16:17
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Paşinyan Putin  Aİİ gündəmini müzakirə ediblər
Dünya 13:52
Paşinyan Putin Aİİ gündəmini müzakirə ediblər
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Dünya 16:36
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Dünya 13:11
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Dünya 15:07
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Dünya 16:00
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Dünya 15:11
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Dünya 12:23
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol