Şuşanın işğalına rəhbərlik etmiş erməni general, “Komandos” ləqəbli Arkadi Ter-Tadevosyan özünü itə bənzədib. ANS PRESS-in məlumatına görə, erməni mətbuatına müsahibə verən Ter-Tadevosyan jurnalistin müxalifətə münasibəti ilə bağlı sualına cavab verərkən, özünü canavar güdən çoban itinə bənzədib. “Başqa itlərin bir-birini yeməsi mənim vecimə deyil, məni əsas düşmənin düşərgəsində nə baş verməsi maraqlandırır”,- deyə Ter-Tadevosyan bildirib. O, Rusiyanın Azərbaycana silah satmasından da narahat olduğunu deyib: “Rusiya Azərbaycana 5 milyard dollarlıq silah satır, məni narahat edən odur ki, onlar hansı tip silahlar alırlar və kimlə əməkdaşlıq edirlər”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !