Erməni hakerlər Azərbaycan saytını dağıtdı

12:24 | 07.08.2014
Erməni hakerlər Azərbaycan saytını dağıtdı

Erməni hakerlər Azərbaycan saytını dağıtdı

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) rəsmi  saytına erməni hakerləri tərəfindən bu gün saat 09.30-da hücum edilib. Bu barədə APA-ya AzQAC-ın mətbuat xidmətindən məlumat verilib. Müdaxilə saytda bütün yüklənmiş məlumatların (cəmiyyətin siyasəti, hüquqi bazası, razılaşmaları, sərhədyanı bölmələrdə olan fəaliyyətlər) silinməsi və tam yox olması ilə nəticələnib. AzQAC səhifənin bərpası üçün təcili addımlar atıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssislərinin köməkliyi ilə problem aradan qaldırılıb. Hazırda sayt fəaliyyətini bərpa edib. “Bu, bir daha sübut edir ki, Erməni tərəfi humanitar dəyərlərə məhəl qoymur və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatına qarşı hörmətsizlik edir. Humanitar fəaliyyətlə məşğul olan bir təşkilatın rəsmi saytına hücum etmək bunu deməyə əsas verir”, - deyə açıqlamada bildirilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM