“Erməni ilə döyüş çətin idi...” - Cumarin

16:15 | 26.12.2017
“Erməni ilə döyüş çətin idi...” - Cumarin

“Erməni ilə döyüş çətin idi...” - Cumarin

"Qafqazinfo" Qaydasız döyüş üzrə (MMA) 6 qat dünya çempionu, kimboks üzrə Dünya ikincisi Cumarin Muradovun strategiya.az saytına müsahibəsini təqdim edir:

- İdmana ilk gəlişinizi necə xatırlayırsınız?

- Mən idmana 6 yaşımda gəlmişəm. İdmanın kontakt karate növü ilə məşğul olmuşam. Beynəlxalq dərəcəli II –dan qara kəmər sahibiyəm.  Qeyd etmək istəyirəm ki, atam idmançı olub və mənim bu idman növünü seçməkdə onun xüsusi rolu olub. Mən muəllimlərim olan Nizami Həsənov və Azərbaycan Pankration (Qaydasız Döyüş) Federasiyasının prezidenti Azad Əsgərovun  adlarını xüsusi qeyd etmək istəyirəm. Onların  əldə etdiyim nailiyyətlərdə əməkləri cox böyükdür.

- Cumarin, çox görüşlər keçirmisən. Ancaq hər bir idmançının yaddaşından silinməyən xüsusi bir qarşılaşması olur. Sənin də belə bir qarşılaşman olubmu?

- Çox doğru qeyd etdiniz. Sualınıza cavab olaraq düşünmədən  2010-cu ildə Macarıstanın Egel şəhərində final döyüşündə erməni idmançısı ilə qarşılaşmamı qeyd etmək istəyirəm. Çətin döyüş idi, ancaq gərgin məşqlər və özümə olan inamım özünü göstərdi. Final döyüşündə sındırıcı fəndlə tam qələbə qazandım.

-  Başqa hansı görüşləri qeyd etmək istərdiniz?  

- lk dəfə 2010-cu ildə Fransada keçirilən çempionatda dünya çempionu olmuşam. Sonra Rusiyada, Gürcüstanda, İranda qələbələrim olub. Elə yarışlar da olub ki, iki idman növü üzrə vuruşmuşam. Biri var full kontakt, yəni yüngül növ. Bir də var tam kontakt- yəni MMA qaydasında. Hər iki növ üzrə özümü sınamışam və ciddi nailiyyətlərim olub.  Bizim idman növü üzrə sonuncu Dünya çempionatı 2017-ci ildə İstanbulda keçirildi. Bu çempionatda 26 dövlətin idmançısı iştirak edirdi. Bu yarışa Azərbaycandan 20 nəfər qatılmışdı. 6 nəfər isə Əlbəyaxa Döyüş nümayəndəliyi adından iştirak edirdi. Yarışda çox gözəl nəticə əldə etdik, 5 qızıl medal. Burada mən MMA (qaydasız döyüş) vuruşmağımla yanaşı, kimboks üzrə də döyüşdüm. Kimboks üzrə Dünya ikincisi oldum. Əsas rəqiblərim Rus, İran və Türk idmançıları oldu. Finalda rus idmançısı ilə görüşdüm. Sındırıcı fəndlə 50 saniyəyə tam qələbə qazandım.

-  Cumarin, oxucularımıza hazırkı fəaliyyətinlə bağlı məlumat verməyinizi xahiş edirəm.  

17 yaşından məşqçi kimi fəaliyyət göstərmək hüququ əldə etmişəm .Hazırda "Uğur”  İdman Klubuna rəhbərlik edirəm.  "Uğur”  İdman Klubunu rəsmi qeydiyyatdan keçirmişik və hazırda coxsaylı tələbələrimiz var. Klubumuzda köməkçi müəllimlər də fəaliyyət göstərir.  Cavid, Rauf, Elzamin kimi müəllimlərin adlarını qeyd etmək istəyirəm. Bu müəllimlər idman klubumuzun inkişafında, gənc nəsil idmanşıların yetişməsində öz əməklərini əsirgəmirlər. Nəcəfzadə Taleh, Vəliyev Rəşadət kimi dünya cempionu olan tələbələrimiz var.  

-  Sizə dostlarınız arasında "Cəsur ürək” deyirlər. Buna münasibətiniz?

-   Bilirsiniz, heç bir peşəkar idmançı özü haqqında yüksək fikir söyləməz. Bizim vəzifəmiz dünyada vətənimizi layiqli şəkildə təmsil etmək, onun adını yüksəklərə qaldırmaqdır. Əgər bizə dəyər verənlər  arasında belə bir ad qazanmışıqsa, buna ancaq sevinmək olar.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM