Erməni jurnalistin ölümündə Gülən izləri

10:54 | 15.07.2014
Erməni jurnalistin ölümündə Gülən izləri

Erməni jurnalistin ölümündə Gülən izləri

Türkiyənin “Agos” qəzetinin rəhbəri Hrant Dinkin ölümündə Fətullah Gülənə məxsus “paralel hökumət” qruplaşmasının üzvlərinin əli olması barəsində iddia irəli sürülüb

 ANS PRESS-in məlumatına görə, bu bu iddiaların müəllifi keçmiş Trabzon valisi Hüseyn Yavuzdəmirdi. O, Dink cinayətindən xəbərsiz olduğunu və ondan gizlətdiklərini söyləyib:“Cinayət barəsində məlumat verilsəydi, mən İstanbul valisinə xəbər verərdim. Cinayətlə bağlı sənədləri məndən gizlədiblər. Paralel hökumət barəsində 30 ildir ki, məlumatım var. Mənim bütün həyatım bu qruplaşma ilə mübarizədə keçdi. Paralel hökumət məsələsi ortalığa çıxandan bəri bəzi naməlum cinayətlərin sayı azalıb, sui-qəsdlər də qurtarıb”. 

Qeyd edək ki, İstanbulda erməni və türk dillərində nəşr olunan “Agos” qəzetinin təsisçisi və baş redaktoru Hrant Dink 2007-ci il yanvarın 19-da redaksiyanın qarşısında tapançadan açılan atəşlə öldürülüb. Qatil Ogün Samast hadisədən sonra yaxalanmışdı.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb