Erməni katalikosu: "Ermənistan heç vaxt belə ağır duruma düşməyib"

12:10 | 28.01.2021
Erməni katalikosu:

Erməni katalikosu: "Ermənistan heç vaxt belə ağır duruma düşməyib"

"Erməni dövlətçiliyini itirmək təhlükəsi həmişə var”.

Bunu bütün ermənilərin katolikosu II Qaregin yanvarın 28-də hərbi qəbiristanlıqda jurnalistlərlə söhbətində bildirib.
Ermənistan dövləti və dövlətçiliyinin itirilməsi təhlükəsinin olub-olmaması barədə sualı cavablandıran baş keşiş deyib: "Allah eləməsin, ancaq təhlükə həmişə var”.

Qaregin II deyib ki, Ermənistan heç vaxt belə ağır duruma düşməyib. Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbinin qüvvədə olduğunu vurğulayan katolikos bildirib: "Belə yerdə siyasi mövzuya toxunmaq istəməzdim. Ancaq sual verildiyinə görə bizim məsələyə yanaşmamızda dəyişiklik yoxdur”.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum siyasi quruluşlardan üstü təşkilatdır: "Ümumerməni kilsəsinin baxışları siyasi qüvvələrdən birinin mövqeyi ilə üst-üstə düşürsə, bu, bizim tərəflərdən birini müdafiə etməmiz demək deyil”.

Qaregin II qəbiristanlığa Ermənistan rəhbərliyindən ayrıca gəlməsinin səbəbinə aydınlıq gətirərək deyib: "Hakimiyyət məni bugünkü planı ilə bağlı məlumatlandırmayıb”. (report)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM