Erməni kəşfiyyatçı: “Azərbaycanlılar günahsız yerə yurdlarından didərgin salınıblar”

13:35 | 13.04.2015
Erməni kəşfiyyatçı: “Azərbaycanlılar günahsız yerə yurdlarından didərgin salınıblar”

Erməni kəşfiyyatçı: “Azərbaycanlılar günahsız yerə yurdlarından didərgin salınıblar”

Arsen Baqdasaryan: "Azərbaycanlılar günahsız yerə yurdlarından didərgin salınıblar”

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən erməni kəşfiyyatçı Baqdasaryan Arsen Eduardoviçin cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

APA-nın qərb bürosunun məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi prosesin qismən qapalı keçiriləcəyi bildirilib.

Prosesdə zərərçəkmiş şəxs qismində Azərbaycan Ordusunun hərbçiləri iştirak edirlər.

Qeyd olunub ki, Arsen Baqdasaryan iki tərcüməçi ilə təmin olunub.

Dövlət ittihamçısı Anar Mirkişiyev ittiham aktını elan edib.

Təqsirləndirilən şəxsin ittiham aktına etirazı olmayıb.

Daha sonra A. Baqdasaryan prosesdə çıxış edib.

A. Baqdasaryan ittiham aktı ilə razılaşdığını, özünü təqsirli bildiyini deyib. Erməni kəşfiyyatçı Ermənistanı müharibəyə, işğala son qoymağa çağırıb. O, azərbaycanlıların günahsız yerə Qarabağdan, yurdlarından didərgin salındıqlarını, iki qonşu xalqın dost kimi yaşamalı olduğunu vurğulayıb. A. Baqdasaryan həmçinin Azərbaycanda onunla çox yaxşı rəftar edildiyini deyib.

Proses aprelin 20-də davam etdiriləcək.

A. Baqdasaryanın hüquqlarını vəkil Ramiz Abdullayev müdafiə edir.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti