Apellyasiya şikayətinə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə baxılıb.
Gəncə şəhərində erməni kəşfiyyatçının apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilir.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə Apellyasiya Məhkəməsində 2014-cü il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü olan peşəkar hərbi qulluqçu Baqdasaryan Arsen Eduardoviçin məhkəmə prosesi başlayıb.
Hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə məhkəmənin baxış iclası iyulun 15-nə təyin olunub.
Qeyd edək ki, A.Baqdasaryan 1994-cü il aprelin 23-də Azərbaycanın Xankəndi şəhərində anadan olub. O, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Cəzanın onun saxlanıldığı gündən, ötən il dekabrın 26-dan hesablanacağı bildirilib.
Məhkəmənin hökmü ilə Arsen Baqdasaryan məhkəmə xərclərini (665 manat 45 qəpik) ödəməkdən azad olunub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !