Qarabağ müharibəsində Azərbaycana qarşı vuruşmuş işğalçı Ermənistanın “Arabo” batalyonunun komandiri Manvel Eqiazaryan Ermənistan mətbuatına səslənərək cəbhədə baş vermiş əsgər ölümü xəbərlərinin mətbuatda yayımlanmasını tələb edib.
Avropa.info nun verdiyi xəbərə görə, keçmiş komandir 18-20 yaşlı erməni əsgərlərin cəbhədə həlak olmasınının gizlədilməsini hakimiyyətin qorxusu ilə əlaqələndirib. Eqiazaryan son döyüşlərdə xeyli erməni əsgərin Azərbaycan ordusu tərəfindən öldürüldüyünü qeyd edib.
"Ermənistan iqtidarının özündə Qarabağla bağlı böyük narazılıqlar var, onlar profosianal hərbiçilərin əlinə silah verməyə qorxurlar. Səbəb isə iqtidarlarını itirmək qorxusudur".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !