Erməni lobbisi Azərbaycanla bağlı təxribatı - FOTO

18:11 | 28.02.2014
Erməni lobbisi Azərbaycanla bağlı təxribatı - FOTO

Erməni lobbisi Azərbaycanla bağlı təxribatı - FOTO

Kaliforniyanın ən nüfuzlu universitetlərindən olan Örvayn Universitetində (UCI) Azərbaycana həsr olunmuş geniş tədbir keçirilib.

Azərbaycanın Los Ancelesdəki baş konsulluğundan APA-ya verilən məlumata görə, universitetin Beynəlxalq Münasibətlər Şurası tərəfindən təşkil edilən tədbirdə universitetin tələbə və müəllim heyəti iştirak edib. Şuranın dəvəti əsasında tədbirdə geniş mühazirə ilə çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Azərbaycan torpaqlarının işğalı, işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən həyata keçirilmiş etnik təmizləmə siyasəti və mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərbi cinayətlər barədə danışaraq, bu səpkidə Xocalı soyqırımı haqda tədbir iştirakçılarını geniş şəkildə məlumatlandırıb. Bildirib ki, Ermənistan tərəfi Xocalı soyqırımını nə qədər inkar etsə də, faktları dəyişdirmək mümkün deyil. Baş konsul bu səpkidə Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın hələ 2000-ci ildə verdiyi müsahibədə Xocalı qətliamının işğalçı qüvvələr tərəfindən törədilməsinə dair etdiyi etirafı diqqətə çatdırıb, Xocalı soyqırımında birbaşa iştirak etmiş, ASALA terrorçusu Monte Melkonyanın qardaşı Markar Melkonyanın yazdığı və ABŞ-da dərc olunmuş kitaba istinad edərək, bu kitabda da erməni işğalçı qoşunlarının bu qətliamı hansı amansızlıqla törətdiklərinin açıq şəkildə təsvir olunduğunu bildirib. N.Ağayev bu qədər faktlardan və etiraflardan sonra erməni tərəfinin Xocalı soyqırımını inkar etməsinin olduqca məntiqsiz və gülünc olduğunu vurğulayıb, Monte Melkonyan kimi bir terrorçunun Ermənistanda milli qəhrəman elan edilməsinin və ona hətta işğal olunmuş Azərbaycan ərazilərində abidə qoyulmasının ağlasığmaz olduğunu diqqətə çatdırıb. Diplomat Azərbaycanın tarixi, mədəniyyəti, müstəqil dövlət kimi inkişafı, neft strategiyası, ABŞ, Avropa və qonşu dövlətlər ilə münasibətləri barədə də iştirakçılara ətraflı məlumat verib, Azərbaycanın qədim etnik və dini tolerantlıq ənənələri barədə danışaraq, Azərbaycan hökumətinin ölkədə bu ənənələrin daim yaşaması və daha da güclənməsinə yüksək diqqət yetirdiyini söyləyib. Çıxışdan sonra baş konsul amerikalı tələbələrin, eləcə də ermənilərin suallarını cavablandırıb. Tədbirdə Ermənistanın işğalçılıq siyasətinə, eləcə də Xocalı soyqırımına dair kitabçalar, məqalələr və jurnallar iştirakçılara paylanılıb. Qeyd edək ki, tədbirdə iştirak edən radikal erməni təşkilatlarının bir sıra nümayəndələri sonda hay-küy salaraq tədbiri pozmağa çalışsalar da, məqsədlərinə nail ola bilməyiblər. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM