Daşınmaz əmlak satışı ilə məşğul olan Mirç Voskerisyana verdiyi vədi tutmadığına görə Mark Zukerberqə qarşı iddia irəli sürülüb. Bloomberg xəbər verir ki, M.Voskerisyan Facebook təsisçisinə endirim ilə 2,8 milyon dollar dəyərində ev satıb.
Oxu.Az xəbər verir ki, endirim əvəzinə, Zukerberq biznesmeni yeni alıcılar tapması üçün elitaya təqdim etməli idi.
Voskerisyanın müdafiəçisi iddia edir ki, Zukerberqə görə, ev üçün 4,3 milyon dollar verməyə hazır olan digər potensial müştəri – Afrika şahzadəsi ilə sövdələşmə baş tutmayıb.
Zukerberqin vəkilləri öz növbəsində özəl dedektivin yardımı ilə Voskerisyanın versiyasını aydınlaşdırmağa çalışıblar və potensial alıcı şahzadənin mövcudluğunda şübhələnmək üçün əsaslar tapıblar.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !